29 
May
2020
23:50
413
35
4726
yuxarı
ABŞ ÜST-lə bütün əlaqələrini kəsdi - VİDEO
29 May, 2020
23:50
4726
413
35
ABŞ ÜST-lə bütün əlaqələrini kəsdi - VİDEO
ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırıb.
TASS xəbər verir ki, bununla bağlı ölkə prezidenti Donald Tramp açıqlama verib.
O bildirib ki, buna səbəb tələb olunan islahatların yerinə yetirilməməsidir:
“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, ÜST-ə ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək